Uşaq bağçasına silahlı hücum olub - ölənlər var

Tailandın şimal-şərqindəki Nonq Bua Lam Phu əyalətindəki uşaq bağçasına səbəbi bilinməyən silahlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində polis ən az 31 adamın həyatını itirdiyini açıqlayıb.

Həyatını itirənlər arasında ən azı 23 uşağın olduğu müəəyən edilib.

Tailand polisi hücum edənin keçmiş polis əməkdaşı olduğunu açıqlayıb və şübhəlinin tutulması üçün əməliyyata başlanıldığını açıqlayıb.

Rəsmilər ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə