Aİ-yə üzv ölkələrin liderləri gələn həftə görüşəcək - DETALLAR

Avropa İttifaqına üzv ölkələrin liderləri gələn həftə görüşəcək. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "tvitter" hesabında məlumat yayıb.

O qeyd edib ki, Aİ liderlər kritik infrastrukturlarının təhlükəsizliyini müzakirə edəcəklər.

“Şimal axını” boru kəmərlərində törədilən təxribat Aİ üçün təhlükədir. Biz ən vacib infrastrukturumuzu qorumaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”, - Mişel yazıb.

Aİ liderlərinin oktyabrın 7-də Çexiyanın paytaxtında görüşü planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə