Ermənistanda icma rəhbəri NİYƏ SAXLANILDI?

Ermənistanın Berd icmasının rəhbəri vəzifəsini icra edən Samvel Ovsepyan saxlanılıb. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. O bildirib ki, Ovsepyan İcevan polis bölməsinə aparılıb.

"Mənə dedilər ki, onu əvvəlcə Berd polis bölməsinə aparıblar, iki saat sonra isə İcevana aparıblar. Başqa təfərrüatları bilmirəm", - Rita Ovsepyan deyib.

Polisin mətbuat xidmətindən bildiriblər ki, Ovsepyan dindirilməyə çağırılıb. O, sentyabrın 25-də keçirilən yerli seçkilər zamanı seçki prosesinə müdaxilə ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə