İspaniyada 671 reys təxirə salınıb

İspaniya tufana və yağışa təslim olub. SİA xəbər verir ki, güclü yağış nəticəsində divarı uçan Mursiyada 62 yaşlı kişi həyatını itirib. Bu şəxsin cansız cəsədi evindən 300 metr aralıda tapıldığı bildirilib.

Sentyabrın 24-ü axşam saatlarından etibarən ölkədə təsirli olan pis hava şəraiti xüsusilə Kanar adalarında həyatı iflic edərkən, Qran Kanarya, Tenerife və Lanzarote adalarında ümumilikdə 671 uçuşun ləğv edildiyi qeyd edilib. Bildirilib ki, “Hermin” adlı fırtına nəticəsində çoxlu ağaclar aşıb, avtomobillərə, əkin sahələrinə və evlərin birinci mərtəbələrinə ziyan dəyib. Bəzi rayonlarda hər kvadratmetrə 300 litrə qədər yağıntının düşdüyünü bildirən səlahiyyətlilər sabahdan etibarən ölkəni tufan və güclü yağışın tərk etməyə başlayacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə