“Dünya bazarlarına 50 milyon tondan çox taxıl tədarük edəcəyik”

Rusiya prezidenti Vladimir Putin Rusiyanın bu il dünya bazarlarına 50 milyon tondan çox taxıl tədarük etməyə hazır olduğunu bildirib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

“...Ötən il Rusiya dünya bazarlarına 40 milyon tondan çox taxıl çıxarıb. Bu kənd təsərrüfatı ilində də gələn yaya qədər biz taxıl tədarük etməyə hazırıq, yəqin ki, bu hər halda 50 milyon tondan çox olacaq”, - deyə Rusiya rəhbəri bildirib

Qeyd edək ki, Putin Belarusun da taxıl hasilatını artırdığını bildirib. Onun sözlərinə görə, bu il əvvəlkiillərlə maqayisədə bu ölkədə kənd təsərrüfatı çox inamla və uğurla inkişaf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...