Şimali Kipr Türk Respublikasının (KKTC) Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Nazım Çavuşoğlunun covid-19 testi müsbət çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nazım Çavuşoğlu sosial media hesabında covid-19 testinin müsbət çıxdığını açıqlayıb.

"Ailəmizlə lazımi tədbirləri gördük, təcrid olunmuşuq. Yaxın qohumlarım və yaxın təmasda olduğum dostlarımla əlaqə saxladım. Bunu açıqlamaq istəyirəm ki, peyvənd vacibdir. Özümü çox yaxşı hiss edirəm. Bütün xəstələrimizə tezliklə sağalmağı arzu edirəm"- deyə, bildirib.

Qeyd edək ki, KKTC Səhiyyə naziri Əli Pilli də yanvarın 24-də covid-19-a yoluxub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...