“Türkiyəli aktrisa Demet Özdemirin şəxsi həyatı ilə bağlı yeni iddia irəli sürülüb”

Uğurlu karyerası olan Türkiyəli aktrisa Demet Özdemir uzun müddət müğənni və aktyor olan Oğuzhan Koçla sevgili olub. Atdıqları hər addımları danışılan Demet Özdemir və Oğuzhan Koç barəsində yeni xəbər gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İnstaqram səhifəsində paylaşımları ilə tez-tez gündəm olan Demet Özdemir uzun müddətdir ki, Oğuzhan Koçla sevgi yaşayır. İndi Demet Özdemir və Oğuzhan Koç arasında münasibətlərdə yeni bir inkişaf var. Məşhur cütlüyün Parisdən qayıdarkən böyük mübahisə etdiyi və anlaşa bilmədiklərindən ayrılmaq qərarına gəldiyi bildirilirdi. Oğuzhan Qoç və Demet Özdemirdən məsələ ilə bağlı açıqlama hələ də verilməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə