Qırğızıstan Türkiyədən pilotsuz uçuş aparatı alacaq

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri general Kamçibek Tasiyev Türkiyədən “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatını (SİHA) sifariş etdiklərini bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, prezident Sadir Çaparovun iştirakı ilə Prezident Administrasiyası binasının qarşısındakı meydanda ilk dəfə alındığı bildirilən hərbi maşınların təhvil verilməsi mərasimi keçirilib.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə