Qazax sürücülərə qayğı göstərilir

Qazaxıstanın ən soyuq bölgəsində sürücülər üçün istilik məntəqələri açılacaq

Qarşıdan sərt qış gəlir. Bunları nəzərə alan Qazaxıstan hökuməti ölkənin Şərq vilayətində 385 nəfəri qəbul edə biləcək 19 istilik məntəqəsi yaratmağa qərar verib.

Beləliklə, istilik məntəqəsi kimi fəaliyyət göstərəcək tikililərin içərisində tibbi avadanlıqların, suyun saxlanması üçün çənlərin, yanacaq və sürtkü materiallarının da olacağı bildirilir.

Bundan əlavə, bölgədə insanların soyuqdan qorunması üçün yol kənarında 33 kafe, xüsusi reanimasiya vasitələri və tibbi avadanlıqların olacağı dörd tibb və xilasetmə məntəqəsi də açılacaq.

Qeyd edək ki, geniş əraziyə malık Qazaxıstanda bəzi yol kənarındakı yaşayış məntəqələri bir-birindən çox uzaqdır deyə, uzun yol qət edən sürücülər bəzi hallarda çətinliklə üzləşirlər. Məsələn keçən qış xilasedicilər bölgədəki 452 nəfər sürücünün avtomobilini yedəyə alıb və 119 ədəd avtomobili qar uçqunlarından xilas ediblər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə