Aİ-yə öz hərbi bölməsini yaratmaq təklifi

Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası - Avropa İttifaqına (Aİ) öz hərbi bölməsini yaratmağı təklif edib.

Bu barədə partiyanın rəsmi "Twitter" səhifəsində deyilir.

Açıqlamada bildirilir ki, Avropa İttifaqı müdafiə sahəsində daha sıx işləməlidir. Qeyd edilir ki, Aİ bu istiqamətdə daha bir addım atmalı və öz hərbi bölməsini yaratmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə