Pandemiyanın sona çatması şərtləri MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN AÇIQLANDI

Koronavirus pandemiyasının sona çatması peyvənd olunmamış millətlərə, xüsusən inkişaf etməkdə olan ölkələrə peyvənd tədarükünün sürətindən asılı olacaq, çünki bu, COVID-19 mutasiyasının dayandırılmasına kömək edəcək. SİA xəbər verir ki, bu barədə RİA Novostiyə Amerikalı ekspertlər bildiriblər.

"ABŞ-da və dünyada peyvənd edilməyən əhalinin sayı, antikorların azalmasından daha çox narahat edir məni", deyə Luiziana Universitetinin dekanı və epidemiologiya professoru Edvard Trapido bəyan edib.
Mütəxəssis, pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini və daha sonra xəstəliyin daha endemik olacağını proqnozlaşdırırlar.

"İnsanlar səyahət edir, digərləri müharibədən və təhlükəli vəziyyətlərdən xilas olurlar, amma virus mutasiyaya uğrayır", deyə professor bu prosesin təxirə salına biləcəyini qeyd edib.

Onun sözlərinə görə, variantlar ortaya çıxdıqda, tez yayılırlar və peyvənd olunmamış insanlar arasında çox sayda xəstəliyə səbəb ola bilir. Edvard Trapido peyvənd paylama səylərinin Braziliya, Hindistan, Pakistan, Nepal, Cənubi və Orta Amerika və digər inkişaf etməkdə olan ölkələrə yönəldilməsinin lazım olduğunu söyləyib.

Konnektikut Universitetinin virologiya və peyvəndşünaslıq üzrə professoru Paulo Verardi isə, RİA Novosti-yə verdiyi açıqlamada, toxunulmazlıq səviyyəsinə çatmaq üçün ölkələrin öz əhalisinin ən azı üçdə ikisini, dörddə üçü və ya daha çoxunu peyvəndləməli olduğunu söyləyib. Onun sözlərnə görə, bu, əlavə dalğanın qarşısını alır.

Mütəxəssis eyni zamanda koronavirusun yeni, daha yoluxucu variantlarının "narahatlıq doğurduğunu" da qeyd edib.

Verardi, aşağı səviyyəli ölkələr də daxil olmaqla, dünyanın hər yerindəki insanlara peyvəndlərin vacibliyini xatırladıb. Onun sözlərinə görə bu, pandemiyaya nəzarət etmək və gələcəkdə xəstəlik artımlarının qarşısını almaq üçün yeganə yoldur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə