Atışma zamanı 5 nəfər yaralanıb POLİS 1 YARALINI TAPIB

Nyu-Yorkun Bronks şəhərindəki atışma nəticəsində ən azı beş nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə NBC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, atışma şənbə günü yerli vaxtla təxminən 21.00-da başlayıb.

“Polis hadisə yerinə gəlib, orada yaralılardan birini tapıb, digər zərərçəkənlər ən yaxın xəstəxanaya gedib”, deyə telekanal xəbər verir.

Qeyd edək ki, yaralıların həyatı təhlükəsi olmadığı güman edilir. Polisin hələ atışmanın səbəbləri və şübhəlilər barədə məlumatları yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə