Metroda dəhşətli faciə GÖRƏNLƏR STRESS KEÇİRDİ

Meksikanın paytaxtı Mexiko şəhərində metro xətti yolda çöküb və nəticədə qatarın qalıqları altında ən az 13 nəfər həyatını itirib, 70 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında meydana gəlib və qatar yoldan ötən avtomobillərin üzərinə düşüb.

Qəzadan sonra xilasetmə xidməti insanları dağıntılar altından çıxararaq ətrafdakı xəstəxanalara sövq edilməsinə kömək ediblər. Dağıntı altında axtarış-xilasetmə işləri hələ də davam edir.

Meksikanın xarici işlər naziri Marcelo Ebrard qəzadan sonra bildirib ki, bu gün metroda baş verənlər dəhşətli bir faciədir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə