Fransa səfiri ölkədən uzaqlaşdırılır? -Baş Nazir yeni faktlarla çıxış etdi

Pakistan, Hz.Məhəmmədə qarşı edilən təhqirlərə görə Fransa səfirinin ölkə sərhədlərindən uzaqlaşdırmağı müzakirə edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən Pakistan Parlamenti Fransa Prezidenti Emmanuel Makronun İslama qarşı olan sözlərinə və Məhəmməd peyğəmbərə qarşı edilən təhqiredici cizgi filmlərin yayımlanmasına görə Fransa səfirini ölkədən xaric etməyin qərarını nəzərdən keçirəcəyini açıqlayıb.

Pakistanda Tahriki Ləbbeyk Pakistan Partiyası (TLP), Macronun açıqlamaları və cizgi filmi yayımlanması səbəbi ilə keçən ildən bu günə qədər Fransa səfirinin vəzifəsindən uzaqlaşdırılması və Fransız məhsullarını boykot etməsi tələbi ilə ümummilli nümayişlər keçirir.

Pakistan Daxili İşlər Naziri Şeyx Rəşid açıqlamasında TLP Partiyası nümayəndələri ilə danışıqların davam etdiyini və hökumətin bu mövzuda qiymətləndirməsinin davam etdiyini söyləyib. Böyük təzyiq altında olan Pakistan parlamentinin necə qərar verəcəyi hələki bəlli deyil.

Pakistan Baş Naziri İmran Xan "Məhəmməd peyğəmbərin şərəfini qorumaqda TLP Partiyası ilə eyni fikri qəbul etdiyini" və ölkəsinin Pakistanın İslam prinsipləri üzərində qurulduğunu vurğulayıb.

Xan TLP-nin tələbi üçün yaşıl işıq yandırdığını desə də, bu yaxınlarda Fransa səfirinin ölkədən göndərilməsinin Qərbdəki İslamofobiya üçün bir həll olmayacağını bildirib və bu qərarı alsalar ölkə iqtisadiyyatının zərər görəcəyini bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...