Myanma polisi etiraz aksiyalarını işıqlandıran yapon jurnalisti saxlayıb

Myanma hüquq-mühafizə orqanları etiraz aksiyalarını işıqlandıran yapon jurnalist Yuki Kitazumini saxlayıb.

SİA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, 45 yaşlı jurnalist Yanqondakı evinin yaxınlığında saxlanılıb.

Bildirilib ki, Yaponiyanın bu ölkədəki diplomatları hələ də jurnalistin yerini tapa bilməyiblər. Onun mobil telefonuna hələ də zəng çatmır.

O, bu ilin fevralında da Myanmada saxlanılmışdı, lakin dərhal sərbəst buraxılmışdı.

Qeyd edək ki, hazırda müstəqil jurnalist kimi çalışan Kitazumi əvvəllər Yaponiyanın aparıcı qəzetlərindən olan “Nikkei”də işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...