Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib.

SİA xəbər verir ki, 89 deputat İrakli Qaribaşvilinin başçılıq edəcəyi hökumətin lehinə, 2 deputat isə əleyhinə səs verib.

Gürcüstanın sabiq Baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili yeni tərkibdə yer almayıb.

Digər yeni nazir isə müdafiə naziridir.

Gürcüstan hökumətində Mixeil Şxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, Natia Turnava iqtisadiyyat və dayanıqlı inkişaf naziri, Cuanşer Burçuladze müdafiə naziri, Yekaterina Tikaradze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri, Qoça Lortkipanidze ədliyyə naziri, İrakli Karseladze regional inkişaf və infrastruktur naziri, David Zalkaliani xarici işlər naziri, İvane Maçavariani maliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Tea Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə namizəd irəli sürülüblər.

Parlament həmçinin, İrakli Qaribaşvilinin təqdim etdiyi hökumətin inkişaf proqramını da təsdiq edib.

Qeyd edək ki, hökumətə etimad üçün ən azı 76 deputatın səsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə