“Rusiya Ermənistanın əsas təhlükəsizlik tərəfdaşıdır”

Ermənistan həmişə xaricdən asılılıq siyasətinin qurbanı olub. Təbii ki, bunları anlayan İrəvan demək olar ki, bütün addımlarını daha çox Moskvanın istək və maraqları ilə hesablaşaraq atmalıdır. Belə görünür ki, bunu hələ də siyasətdə naşı və səbatsız olan Nikol Paşinyan da anlamağa başlayıb.

“Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini inkişaf etdirməsinə ehtiyac var”. SİA rus mətbuatına istinadən xəbər veriri ki, bu fikirləri baş nazir Paşinyan ermənilərin ordu günü ilə bağlı keçirdikləri tədbirdə Rusiyanın yüksək rütbəli zabitlərinə yalmanarkən bildirib.

“Təhlükəsizlik sahəsində əsas tərəfdaşımız olan Rusiya ilə müttəfiq münasibətlərimizi inkişaf etdirməyə davam etməliyik”-deyən Paşinyana görə, Ermənistan KTMT çərçivəsində əlaqələrini inkişaf etdirməli və təhlükəsizliyini beynəlxalq mexanizmlər vasitəsilə təmin etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...