Tramp: "ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq"

ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Kanada tərəfi ölkələr arasındakı sərhədin mümkün qədər tez açılmasını istəyir: "Normal iş rejiminə qayıtmaq istəyirik, sərhədləri çox yaxında açacağıq".

Xatırladaq ki, ABŞ-Kanada sərhədinin bağlanması ilə bağlı qərar yeni növ koronavirus (COVİD-19) pandemiyası fonunda qəbul edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə