İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:46-da 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Gilan Qərb şəhəri (29 km), Qəsr Şirin şəhəri (30 km) və Sərpol Zəhab şəhəri (32 km) zəlzələnin baş verdiyi əraziyə yaxın şəhərlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...