Misirdə COVID-19 virusundan ölənlərin sayı 735 nəfərə çatıb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 735 nəfərə çatıb. Son sutka ərzində bu ölkədə daha 28 pasiyent xəstəlikdən vəfat edib.

SİA xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 23-də ölkədə COVID-19 virusuna 727 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 16 513 nəfərə çatdığı qeyd olunub. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 254 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 4628 pasiyent tam müalicə olunub.

Misir hökuməti yoluxma hallarının artması fonunda paytaxtda daha 30 xəstəxananı koronavirus xəstələri üçün təsis edib. Qahirə şəhərinin qubernatoru Xalid Əbdül-Əal bildirib ki, həmin xəstəxanaların lazımi tibbi avadanlıqla təmin edilməsi istiqamətində iş aparılır. Bundan başqa, ölkə üzrə 320 xəstəxana da koronavirus xəstələrini qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...