ABŞ-ın Nyu-York ştatında koronavirusdan ölənlərin sayı 2 min nəfərə çatdır. SİA xəbər verir ki, bu barədə şəhər merliyinin saytı yazır.

Son məlumatlara görə, 56 min 289 nəfərdə koronavirus testi pozitiv çıxıb, onlardan 11 min 739 nəfəri hospitallara yerləşdirilib, 1 min 876 nəfər isə həyatını itirib.

Qeyd edilir ki, sutka ərzində virusa yoluxma halı 6,5 min nəfər artıb və onlardan 305 nəfəri COVID-19-un qurbanına çevrilib.

Nyu-York şəhəri ABŞ-da mövcud olan koronavirusun epidemiya episentri hesab olunur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə