İsrail Suriyanı pilotsuz təyyarə ilə vurub

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Suriyanın Kuneitra əyalətində bir nəqliyyat vasitəsini vurub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Suriya Dövlət televiziya kanalı Əl-Ahbar məlumat yayıb.

"Kuneitra əyalətindəki Hader qəsəbəsindən cənubda bir İsrail vətəndaşı İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsinin onun nəqliyyat vasitəsinə endirdiyi zərbə nəticəsində ölüb", deyə məlumatda bildirilir.

Bundan əvvəl bildirilirdi ki, İsrail Suriyadakı hədəfləri dəfələrlə vurub. İsrail hakimiyyətinin bildirdiyinə görə isə, onlar bu yolla İranın Suriya ərazisindəki hərbi varlığına qarşı çıxmaq niyyətindədirlər.

Moskva isə dəfələrlə İsraili hücumları dayandırmağa və Suriyanın suverenliyinə hörmət etməyə çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə