Çindən gələn məhsullarda təhlükə varmı? Mütəxəssislər cavablandırdı

Çinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirusun ( 2019-nCoV) yayılma sürəti nəzərdə tutulandan daha çox olub. Virusun sürətlə yayılması Çindən gələn karqoları gündəmə gətirib. Virusun Çindən gələn yüklərlə yayılması mümkündürmü?
Mövzu ilə bağlı sosial mediada #Aliexpress etiketli paylaşmalar artdığı üçün mütəxəssislər açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın Tədqiqat Mikrobioloji İnstitutunun mütəxəssisi Anne Goffard bu ehtimalın “şişirdilmiş narahatlıq” olduğunu söyləyib. Goffardın sözlərinə görə, koronavirus haqqında tam məlumat olmasa da o, uzun müddət açıq havada yaşaya bilmir. Virusun çoxalması üçün canlı orqanizmə ehtiyacı var.
Lion Xəstəxanasının virusologiya üzrə professoru Bruno Lina Çindən karqo ilə gələn mallarda koronavirus təhlükəsi olmadığını söyləyib.
Kvebek Milli Elmi Tədqiqat İnstitutundan viral xəstəliklər üzrə mütəxəssis Pierre Talbot koronavirusların rütubətli mühitdə bir neçə gün yaşaya biləcəyini, quru mühitdə isə bu müddətin 3 saata qədər azaldığını bildirib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə