“Fitch” reytinq agentliyi Yunanıstanın kredit reytinqi göstəricisini qaldırıb

“Fitch” reytinq agentliyi Yunanıstanın kredit reytinqi göstəricisini qaldırıb.

SİA xəbər verir ki, reytinq agentliyinin bu qərarı Yunanıstanın ÜDM göstəricisinin artması və vergi siyasətinin ehtiyatlılığı ilə izah olunur.

Eyni zamanda, agentlik ölkə üzrə proqnozunu “stabildən” “müsbətə” dəyişdirib. Bu qərarı isə agentlik Yunanıstanın dövlət borcunun azaldılması və 2019-cu il iyulunda keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar verib.

Qeyd edək ki, 2015-ci ildə baş verən maliyyə böhranı zamanı Yunanıstan hökuməti kapitalın hərəkətinə nəzarət qərarını qəbul edib. Bu qərar 2019-cu ilin sentyabrında ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə