Zaxarova Pompeonun Venesueladakı hakimiyyət dəyişikliyi barədə dediklərinə münasibət bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ Dövlət Katibi Mayk Pompeonun Venesueladakı hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamalarının, Vaşinqtonun "suveren dövlətlərdə vəziyyəti gərginləşdirmə kampaniyalarının" həyata keçirilməsinin tanınması kimi qəbul edildiyini vurğulayıb.

Diplomatın sözlərinə görə, Pompeonun ifadələri bir daha sübut etdi ki, ABŞ müstəqil dövlətlərin işlərinə və rejim dəyişikliyi siyasətinə müdaxilə taktikasından heç vaxt imtina etməyib.

"Yumşaq güc vasitəsilə, yaxud təxribatlarla, dövlət çevrilişləri ilə və fərqli yollarla bu məsələyə qərar verilir. "Demokratiya" və "demokratik quruluş" ölkələrdəki daxili siyasi vəziyyəti Vaşinqtonun xeyrinə düzəltmək üçün ABŞ tərəfindən on illərdir bir vasitə kimi istifadə olunur", - deyə Zaxarova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə