Onların üslubu gecə vaxtı hiylələr çaqqallar kimi hücum etməkdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan bu gün Myananın məhkəmə prosesi başlamazdan əvvəl jurnalistlərə verdiyi müsahibəsində deyib.

“Corc Soros Ermənistanda əbəs yerə pul israf edir. Çünki mənə edilən gecə hücumu onun məqsədinə çatmasına şərait yaratmadı. Ümumiyyətlə gecə vaxtı hiylələr çakqallar kimi hücum etmək onların tərzidir”, deyə Narek Malyan bildirib.

Narek Malyan Corc Sorosun fəaliyyətinin demokratiya ilə heç bir əlaqəsi olmadığını, Ermənistanda qarşıdurmalar yaratmaq niyyətində olduğunu da dilə gizlətməyib. “Bu onların çoxdankı tərzidir. Əslində, onlara Sorosun baş ofisində bir siyahı verilib və bununla da onlar Ermənistanda qarşıdurmalar yaradıblar və yenə də yaratmaq niyyətindədirlər. Ümumiyyətlə, Corc Sorosun fəaliyyətinin demokratiya ilə heç bir əlaqəsi yoxdur", deyə VETO ictimai-siyasi hərəkatının rəhbəri vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə