Nur-Sultanda ənənəvi “Astana Media Həftəsi” Forumu keçirilir

Qazaxıstanın paytaxtında “Astana Media Həftəsi” Forumu keçirilir. SİA xəbər verir ki, artıq üçüncü ildir paytaxtın "Kazmedia” Mərkəzində keçirilən “Astana Media Həftəsi” dialoq platformalarında media sahəsində mövcud olan ən son yeniliklər təqdim edilir.

Sentyabrın 11-dən 13-dək davam edəcək “Astana Media Həftəsi”nin əsas məqsədi yerli media sektorunun inkişafı və işgüzar əlaqələrin regional səviyyədə təşviq edilməsidir. Yerli və xarici media nümayəndələrinin iştirak etdiyi tədbirdə əməkdaşlığın perspektivləri müzakirə edilir və təcrübə mübadiləsi aparılır.

Forumda “Televiziyada birbaşa reklam və sponsorluq” mövzusunda panel müzakirələri aparılacaq, həmçinin dövlət satınalmalarının xüsusiyyətlərinə və Qazaxıstanın reklam sahəsində tənzimləmə siyasətinə dair dəyirmi masalar keçiriləcək, həmçinin yerli reklamçılar üçün ustad dərsləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə