İndoneziya sahillərində gəmidə baş verən yanğın nəticəsində yeddi nəfər həlak olub

İndoneziyanın mərkəzi hissəsində yerləşən Cənub-Şərqi Sulavesi əyalətinin sahillərində gəmidə baş verən yanğın nəticəsində azı yeddi nəfər həlak olub, dörd nəfər isə itkin düşüb.

SİA xəbər verir ki, bu barədə Milli Axtarış və Xilasetmə Agentliyinin rəsmi nümayəndəsi Yusuf Latif məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında iki uşaq da var. Hadisənin baş vermə səbəbləri barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə