Qırğızıstan hökuməti hazırda milisin polislə əvəz olunması imkanlarını nəzərdən keçirir. TASS informasiya agentliyi xəbər verir ki, bunu ölkənin Baş naziri Sapar İsakov martın 2-də Bişkekdə keçirilən konfransda çıxışı zamanı deyib.
“Artıq müvafiq tapşırıq verilib, müəyyən işlər görülməyə başlayıb”, - deyə Baş nazir məlumat verib. Bununla yanaşı, milisin adının polislə əvəzlənməsi proseduruna xeyli maliyyə vəsaitinin lazım olduğunu qeyd edən hökumət başçısı işlərin mərhələli şəkildə görüləcəyini bildirib.
Bir qədər əvvəl Qırğızıstan hökuməti korrupsiya ilə mübarizə çərçivəsində Daxili İşlər Nazirliyi orqanlarının fəaliyyətində əsaslı islahatlar keçirmək niyyətini bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə