Dənizdə can bazarı: 36 ölü FOTO

Honkonqda gəmi qəzasında həlak olanların sayı 36 nəfərə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Honkonq rəhbərliyindən verilən açıqlamalarda ölü sayının artacağı gözlənilir.

Məlumatda o da bildirilib ki, 28 nəfər hadisə yerində ölü aşkarlanıb, daha 8 nəfər xəstəxanada dünyalarını dəyişiblər. Qəzadan sonra 100-dən çox yaralı xəstəxanalara yerləşdirilib ki, onlardan da 9-nun vəziyyəti ağırdır.

Honkonq Elektrik şirkətinin batan bərəsi ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən gəmi oktyabrın 1-də, gecə, Honkonqda Lamma adası yaxınlığında toqquşub. Göyərtəsində Honkonq Elektrik şirkətinin 120-dən çox əməkdaşı və onların ailə üzvlərinin olduğu bərə bir neçə dəqiqəyə batıb. İkinci gəmi cüzi zədələnib və su üzərində qalıb.

İlkin məlumatlara görə, bütün həlak olanlar və zərərçəkənlərin əksəriyyəti Çinin Müstəqillik gününə həsr olunan şouya baxmaq üçün Viktoriya limanına istiqamət götürən gəzinti bərəsinin sərnişinləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...