Sakit Okeanın Vanutau bölgəsində 7,0 bal maqnituda zəlzələsi baş verib
Ria
Novostinin məlumatına istinadən SİA xəbər verir ki, şənbədən bazara gününə
keçən gecə Sakit Okeanın Vanutau bılgəsində 7,0 bal gücündə maqnituda zəlzələsi
baş verib. Bu barədə informasiya agentliklərinə ABŞ-ın Geoloji xidməti məlumat
verib. Hələlik ölən və yaralananlar barədə heç bir məlumat verilmir. Mayamada
yerləşən sunami xəbərdarlığı mərkəzi isə məlumat verib ki, böyük dalğaların
yaranması olmayacaq.
Vanutau adaları Sakit okeanın \"Yanar halqa\" adlandırılan ərazisində yerləşir və orada sönmüş vulkan yataqları, 40 min km uzunluğunda tektonik yarıqlar mövcuddur. \"Yanar halqa\" Sakit okeanı əhatə edərək, Cənubi və Şimali Amerikaya və oradan da Alyaskaya qədər uzanmaqla, Yaponiyaya, Filippinə və İndoneziyaya tərəf yönəlir, sonda isə Yeni Qvineya, Yeni Zellandiya, cənubi-qərbi Okeaniyada tamamlanır. Məhz \"Yanar Halqa\"da dünyada baş verən zəlzələlərin 90% -i baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə