Putin Lukaşenkoya Zelenskiyə üzr istəməsi üçün "cavab" göndərdimi?

Belaruslu uşaqları daşıyan avtobusa dron hücumunun arxasında nə dayanır?
Putin Lukaşenkoya Zelenskiyə üzr istəməsi üçün "cavab" göndərdimi?

...Rusiya rəsmilərinin Bryansk bölgəsində uşaq futbol komandasını daşıyan avtobusu Ukrayna pilotsuz təyyarəsinin vurması ilə bağlı açıqlamaları həqiqətə uyğun deyil.

SİA-nın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat katibi mayor Andrey Kovalev bunu Zerkalo-ya verdiyi şərhdə bildirib.

...Vurğulayırıq ki, göstərilən müddət ərzində Ukrayna Müdafiə Qüvvələri Bryansk bölgəsindəki hədəflərə qarşı pilotsuz uçuş aparatlarından istifadə etməyib. Bu cür xəbərləri Kremlin növbəti informasiya təxribatı kimi qəbul edirik. Döyüş meydanında bəyan etdiyi məqsədlərə çata bilməyən və əhəmiyyətli itkilər verən Rusiya Federasiyası getdikcə daha çox informasiya manipulyasiyasına əl atır və Ukraynaya qarşı ittihamlar uydurur, - deyə Ukrayna Silahlı Qüvvələrinin sözçüsü bildirib.

O, eyni zamanda, "Ukrayna şəhərlərinə, yaşayış məntəqələrinə, xəstəxanalara, məktəblərə və digər mülki obyektlərə zərbələr endirməklə beynəlxalq humanitar hüququ sistematik şəkildə pozan Rusiyadır" olduğunu vurğulayıb.

...Ukrayna ərazisinə, xüsusən də Kiyevə edilən son raket zərbələri uşaqlar da daxil olmaqla onlarla mülki şəxsin ölümünə səbəb olub, - deyə Kovalev xatırladıb.

Bu arada, o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri yalnız qanuni hərbi hədəflərə zərbə endirir və mülki şəxslərə qarşı döyüşmür.

Yeri gəlmişkən, bu hadisə Aleksandr Lukaşenkonun "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibənin dərc olunmasından bir neçə gün sonra baş verib. Belarus avtokratı Vladimir Zelenskiyə üzr istəyib. O, cəbhədəki çıxılmaz vəziyyəti etiraf edib və tərəfləri danışıqlara çağırıb.

...Ola bilsin ki, naməlum pilotsuz təyyarənin belaruslu uşaqları daşıyan avtobusa hücumu Kreml rəhbərliyinin Lukaşenkonun müsahibəsinə verdiyi cavab idi və Belarusu Ukrayna ilə müharibəyə cəlb etmək üçün daha bir cəhddir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə