Almaniya Xristian Demokrat İttifaqının (XDİ) Bundestaq üzvü Roderix Kizevetter Ukraynaya uzun mənzilli “Taurus” raketlərinin təhvil verilməsinin və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu nümayiş etdirməyin vacibliyini bildirib.
SİA-nın məlumatına görə, onun sözləri Tagesspiegel tərəfindən sitat gətirilib.
Kizevetter deyi ki, “Taurus” raketlərini təhvil verənə qədər, qərbi Ukrayna üzərində hava hücumundan müdafiəni öz üzərinə götürənə qədər və etibarlı təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu nümayiş etdirənə qədər Rusiya tamamilə laqeyd qalacaq.
Kizevetter əvvəllər Rusiyadan Almaniyaya enerji təchizatına qayıtmaq ideyasını kəskin tənqid etmişdi.
O, Saksoniya Baş naziri Mixael Kretşmerin Rusiyadan təchizatın bərpası çağırışını şərh edərkən bildirib.
O, bunu Rusiya qüvvələrinin Ukrayna ərazisinə, xüsusən də ölkənin enerji infrastrukturuna gündəlik zərbələr endirməsi ilə izah edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB