...ABŞ sanksiyalarının tətbiqindən və İsveçrənin Gunvor şirkətinin müqavilədən çıxmasından sonra “Lukoil”-in beynəlxalq aktivlərinin əksəriyyətinin satışına razılıq verməsi üçün 13 dekabr tarixinə qədər vaxtı var.
Şirkətin beynəlxalq aktivləri - neft və qaz layihələri, neft emalı və 2000-dən çox yanacaqdoldurma məntəqəsi - təxminən 22 milyard dollar dəyərində qiymətləndirilir.
Hər hansı bir müqavilə üçün ABŞ Maliyyə Nazirliyinin təsdiqi tələb olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Modern Diplomacy yazır.
...Və potensial alıcılar arasında ABŞ şirkətləri Exxon Mobil və Chevron, BƏƏ-də yerləşən International Holding Company, Avstriya investoru Bernd Bergmayr, Macarıstan şirkəti MOL və ABŞ-ın Carlyle fondu var.
“Lukoil”-in əsas istehsal layihələri Yaxın Şərqdə yerləşir. Şirkət Qərbi Qurna-2 yatağının 75 faizinə və İraqdakı Blok 10 layihəsinin 60 faizinə, eləcə də Misir yataqlarındakı paylara sahibdir.
BƏƏ-də “Lukoil” Qaşa qaz layihəsinin 10 faizinə sahibdir. Orta Asiyada şirkət Qazaxıstandakı böyük layihələrdə iştirak edir və Özbəkistanda istehsal həyata keçirir.
Afrika və Latın Amerikasında şirkət Qana, Konqo, Nigeriya və Meksikadakı dəniz neft bloklarında paya malikdir. Həmçinin, emal sahəsində əhəmiyyətli aktivlərə malikdir. Bolqarıstanda “Lukoil” Balkanların ən böyük neft emalı zavodu olan Neftohim Burqasa sahibdir və ölkə hakimiyyəti onu milliləşdirməyə hazırdır.
Rumıniyada şirkət Petrotel neft emalı zavoduna və təxminən 300 yanacaqdoldurma məntəqəsinə sahibdir və investorlar artıq onları əldə etməkdə maraqlı olduqlarını bildiriblər.
ABŞ Maliyyə Nazirliyi xarici yanacaqdoldurma məntəqələri ilə səlahiyyətli əməliyyatlar üçün son tarixi 29 aprel 2026-cı ilə qədər uzadıb.
Buna baxmayaraq, Teboil-in Finlandiyadakı törəmə şirkəti artıq restrukturizasiya üçün müraciət edib və şəbəkəsini satmağa hazırlaşır.
Rumıniya da “Lukoil”-in aktivləri üzərində nəzarəti ələ keçirmək üçün hərəkətə keçir. ABŞ-da şirkət təxminən 200 yanacaqdoldurma məntəqəsi idarə edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB