İstanbulun təbii fəlakətlərə qarşı dayanıqlılığını artırmaq məqsədilə hazırlanan İstanbul Şəhər Dayanıqlıq Layihəsi Dünya Bankı tərəfindən təsdiqlənib və maliyyələşməsi rəsmiləşib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, layihəni İstanbul Valiliyinin Layihə Koordinasiya İdarəsi həyata keçirəcək. Çərçivədə fəlakətlərə davamlı, enerji səmərəli və müasir standartlara uyğun dövlət binaları tikiləcək, şəhərin təcili müdaxilə imkanları gücləndiriləcək.
Yeni maliyyə ilə İstanbul üçün ayrılan beynəlxalq vəsait 1,9 milyard dollar, Türkiyə üzrə isə xarici maliyyə 14,7 milyard dollar olub. 2023-cü il zəlzələsindən zərər görən bölgələrin bərpasına isə 7,5 milyard dollar ayrılıb.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB