Peskov ABŞ prezidenti Donald Trampı tərifləyib

...Moskva gözlənilmədən ABŞ prezidenti Donald Trampı tərifləyib. Bu, Trampın Ukrayna ilə sülh sazişi bağlamaq təhdidlərindən sonra baş verib.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun rusiyalı təbliğatçılara verdiyi açıqlamaya istinadən məlumat yayıb.

...Aydındır ki, Prezident Tramp dünyanın ən böyük ölkəsinin, dünyanın ən böyük iqtisadiyyatının prezidentidir. Üstəlik, hər kəs onun kifayət qədər sərt və düz ritorikasına öyrəşib. Eyni zamanda, o, sülh yolu ilə nizamlanmanı asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə davam etmək niyyətində olduğunu təsdiqləyir.

Bunu Peskov deyib.

Trampla Putinin son söhbətini şərh edən mətbuat katibi deyib ki, bu, işgüzar dialoqdur.

...Bu, öz mövqelərində möhkəm dayanan, lakin bir-birini dinləməyə hazır olan insanlar arasında praqmatik işgüzar söhbət idi, - Peskov əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə