NATO-nun Avropadakı Birləşmiş Qüvvələr Komandanlığının rəhbəri Kristofer Kavolini amerikalı general Aleksus Qrinkeviç əvəz edib.
SİA-nın məlumatına görə, “Evropeyskiy Pravda” yazır ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
İyulun 4-də Mons şəhərində (Belçika) NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin əsas qərargahında komandanlığın Amerika Hərbi Hava Qüvvələri generalı Aleksus Qrinkeviçə verilməsi ilə bağlı rəsmi mərasim keçirilib.
2022-ci ildən bu vəzifədə onun sələfi amerikalı general Kristofer Kavoli idi. NATO-nun baş katibi Mark Rutte Kavoliyə kollektiv müdafiənin modernləşdirilməsinə verdiyi töhfəyə və Rusiyanın Ukraynaya genişmiqyaslı hücumuna cavab olaraq gördüyü işlərə görə təşəkkür edib.
Xüsusilə Rutte NATO-nun Baltik dənizində kritik infrastrukturu qorumaq üçün mövcudluğunu gücləndirdiyinə və Almaniyada yeni komandanlığın yaradılmasına görə Kavoliyə təşəkkür edib ki, bu da Ukraynaya dəstəyi gücləndirir.
Qrinkeviçlə bağlı o qeyd edib ki, keçmiş qırıcı pilot kimi o, “havadan və digər sahələrdə bizə qarşı təhlükələri dərindən anlayır”.
Bu təyinatdan əvvəl son bir il ərzində Qrinkeviç Birləşmiş Ştatlarda Birləşmiş Qərargahın Əməliyyatlar Direktoru vəzifəsində çalışıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə