Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik,..Qərb belə iddia edir...

...ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə Vladimir Putinə ultimatumla razılaşıb, lakin mayın 19-da Rusiya lideri ilə telefon danışığından sonra ondan imtina edib.

SİA xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

...Belə çıxır ki, Trampın mövqeyi gözlənilməzdir və avropalılar buna arxalana bilməzlər.

Bunu təhlükəsizlik üzrə ekspert Klaudiya Meyjor nəşrə bildirib.

Onun sözlərinə görə, Amerika liderinin mövqeyinin daimi dəyişməsi onu göstərir ki, Ukraynadakı münaqişə ABŞ-ın hazırkı administrasiyası üçün prioritet məsələ deyil.

Ekspert əlavə edib ki, Ağ Ev baş verənlərə görə avropalıları məsuliyyətli hesab edir. Bundan əvvəl “Time” jurnalı amerikalı və avropalı diplomatlara istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin tarixi kontekstindən və təfərrüatlarından kifayət qədər məlumatlı deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə