İfrat sağçı “Milli Birlik” (Rassamblement National –RN) partiyasının birinci instansiya məhkəməsində dövlət vəsaitlərini mənimsəmədə ittiham olunması və Marin Le Penin prezident seçkilərinə namizədliyini irəli sürə bilməməsi son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb. Nümayişlər şəhəri olan Parisdə bir neçə siyasi partiya şəhərin müxtəlif məkanlarında nümayiş edib. SİA xəbər verir ki, belə gərgin vəziyyətdə ölkədəki siyasi partiyalar, xüsusilə də ifrat sağçı “Milli Birlik”, solçular, eləcə də makronçular – Qabriel Attalın rəhbərliyi ilə “Renaissance” partiyası eyni vaxtda nümayişə toplaşıb.
“Fransa demokratiyası məhv edilir”. Edam edilən Fransa demokratiyasıdır. Artıq hakimlərin idarəçiliyi deyil, bu, hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər", - deyə Marin Le Pen tərəfdarları birinci instansiya məhkəmə qərarına etirazlarını bildirirlər. “Ədliyyə naziri prokurora bu əmri verib”, deyə lepençilər iddia edirlər.
“Qanunun aliliyinə görə narahat olmayın”, “İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək”, - deyə Parisdə Respublika meydanında toplaşmış solçular ifrat sağçılara qarşı nümayiş edirlər. Onlar ifrat sağçıların ədalətə qarşı və qanunun aliliyinə zidd olduqlarını bildirirlər. Nümayiş çərçivəsində solçular mayın 1-ə ümumi nümayişə çağırış ediblər.
Makronçular isə Sen Denidə toplaşıblar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seşildikdən sonra keçirilən ilk nümayişdir. Keçmiş baş nazir Eduard Filip, indiki Baş nazir Fransua Bayru və ədliyyə naziri Jerald Darmaninin müşayiəti ilə Qabriel Attal bəyan edib: "Biz heç vaxt məhkəmə qərarını ləğv etməyəcəyik, heç vaxt “qırmızı” hakimlərin olduğunu söyləməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə