"ABŞ Ukrayna üçün döyüşməli olacaq..?"

ABŞ Ukrayna tərəfində döyüşlərə girməli və NATO müttəfiqlərinə nümunə göstərməli olacaq.

SİA-nın məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubb bu barədə France 24 telekanalına müsahibəsində bildirib.

Stubb hesab edir ki, Kiyev üçün təhlükəsizlik təminatı Qərb silahları ilə doldurulmuş Ukrayna ordusu, eləcə də Avropa İttifaqı sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir. Bu qüvvələr yetərsiz olsa və vəziyyət gərginləşərsə, ABŞ Ordusu öz silahları, kəşfiyyatı və resursları ilə döyüşə girməli olacaq.

…Bir növ razılaşma olmalıdır ki, işlər həqiqətən pisləşərsə, Amerika işə qarışacaq.

Finlandiya prezidenti həmçinin Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiyasının tərəfdarı olduğunu bildirib.

Eyni zamanda o, hazırda alyansa qoşulmağın qeyri-mümkün olduğunu başa düşür və buna görə də “kompromis” təklif edir.

…Bugünkü kompromis, əgər ruslar sülh müqaviləsini kobud şəkildə pozarsa, Ukraynaya dərhal NATO-ya üzv olmaq seçimini vermək olardı, - Stubb deyib.

Bir gün əvvəl Zelenski “Ukraynaya qoşun göndərməyə 100 faiz hazır olan” ölkələrin nümayəndələri ilə görüş keçirəcəyini demişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə