Sankt-Peterburqda xüsusi hərbi əməliyyat iştirakçısı onun adına mikrokredit götürən fırıldaqçıların qurbanı olub.
SİA xəbər verir ki, bu barədə 78.ru telekanalı prokurorluğa istinadən məlumat yayıb.
Hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibində xüsusi hərbi əməliyyat zonasında tapşırıqları yerinə yetirən Kolpinodan olan kişinin həyat yoldaşı prokurorluqla əlaqə saxlayıb və onun qeydiyyat yerində mikromaliyyə təşkilatına borcunun olması barədə məktubların alındığını bildirib.
Qurum əsgərin hüquqlarının bərpası və kredit müqaviləsinin etibarsız sayılması üçün məhkəməyə müraciət edib.
Məhkəmə prokurorun tələblərini təmin edib və müqaviləni etibarsız elan edib.
Mikrokredit müraciəti ilə bağlı məlumatlar Rusiya vətəndaşının kredit tarixindən silinib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə