Rusiya Ukraynanın sülh yolu ilə nizamlanması çərçivəsində güzəştlərin mümkünlüyünü nəzərdən keçirmir.
SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu barədə Rusiya liderı Vladimir Putin Vətən Müdafiəçiləri Fondunun əməkdaşları və himayədarları ilə görüşündə bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası ölkənin uzunmüddətli təhlükəsizliyini və davamlı inkişafını təmin edəcək sülh formatında maraqlıdır.
...Bizim başqalarına məxsus heç bir şeyə ehtiyacımız yoxdur, lakin biz də özümüzə aid olan heç bir şeydən imtina etməyəcəyik.
Bunu Putin vurğulayıb.
Putinin bəyanatı ABŞ prezidenti Donald Trampın Moskva ilə danışıqları elan etməsindən qısa müddət sonra verilib, bunun ardınca Trampın sözlərinə görə, Amerika tərəfi Rusiyadan sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair siqnallar alıb. ...Rusiya ilə ciddi müzakirələr apardıq və mən sülhə hazır olduğuna dair güclü siqnallar aldım.
Bunu isə Tramp ABŞ Konqresindəki çıxışında deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə