Suriyada silah anbarına zərbələr endirildi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin Qardahi yaşayış məntəqəsi yaxınlığındakı silah anbarına zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həmin obyekt keçmiş prezident Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub: "Bir müddət əvvəl İsrail Müdafiə Ordusu Suriyanın Qardahi bölgəsində əvvəlki Suriya rejiminə məxsus silahların saxlandığı hərbi obyektə zərbələr endirib".

Bütün xəbərlər Facebook səhifəmizdə