ABŞ Zelenskidən kamera qarşısında üzr istəməsini tələb edir

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskidən nadir torpaq metalları ilə bağlı sövdələşməni təmin etmək üçün kamera qarşısında açıq üzr istəməsini tələb edir.

SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

...Administrasiyanın yüksək səviyyəli rəsmisi bizə Zelenski kameralar qarşısına keçib Oval kabinetdəki davranışına görə açıq şəkildə üzr istəməyincə sövdələşmədə irəliləyiş olmayacaq, - telekanal mənbələrdən sitat gətirir.

Bir müddət əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols bildirmişdi ki, Zelenskinin özü bağlamaq istəmədiyi nadir torpaq metalları ilə bağlı sazişə yenidən baxılması üçün ABŞ-la münaqişəyə səbəb olub.

O, Ukrayna tərəfinin məqsədinin ABŞ-ı şantaj edərək, müqavilə bağlamaqdan imtina edərək təhlükəsizlik zəmanəti almağa çalışmaq olduğunu qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə