Çexiya polisi bildirib ki, qeyri-qanuni miqrantların tranzit məqsədlər üçün ölkə ərazisindən istifadə etməsi halları ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb.
SİA-nın məlumatına görə, Çexiyanın Miqrasiya Xidməti xəbər verir ki, 2024-cü ildə miqrantların ölkə ərazisindən keçmə halları təxminən 90 faiz azalıb. Bununla yanaşı, Çexiyada qalan qeyri-qanuni miqrantların sayı da üçdəbir qədər azalıb. Bu gün onların sayı 10 min nəfərə yaxındır.
Çexiyanın Miqrasiya Xidməti hesab edir ki, yaşama icazəsi olmayan xaricilərin real sayını müəyyən etmək mümkün deyil. Heç kim onların sayını bilmir. Polis yalnız saxlanılma faktları ilə bağlı əldə edilən statistikaya əsaslanır. Lakin polis də hamını saxlamır axı. Bunlar həm ölkə ərazisindən qeyri-qanuni tranzit yolu kimi istifadə edənlər, həm də sənədlərinin müddətinin bitməsi səbəbindən ölkədə qalan şəxslər ola bilər. Bir sözlə, Balkan istiqamətindən Çexiyaya miqrant axınının azalmasında şübhə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə