Orban Ukraynadakı münaqişəni “ümidsiz” adlandırıb

Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynaya dəstək siyasətini kəskin tənqid edib.

O qeyd edib ki, bu strategiya resursların “ümidsiz” münaqişəyə yeridilməsidir.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Agentliyin məlumatına görə, Orban Madriddə Avropa Parlamentinin sağçı “Avropa Vətənpərvərləri” fraksiyasının iclasında çıxışı zamanı makroregiondakı mövcud vəziyyət barədə danışıb.

Hökumət başçısı vurğulayıb ki, Avropa ölkələri münaqişəyə sərmayə qoyarkən, Avropa qeyri-qanuni miqrantlarla dolur. Orbanın fikrincə, “köhnə dövr bitdi” və əvvəllər bidətçi kimi qəbul edilən sağ partiyalar “gələcəyin siyasi qüvvəsinə” çevriliblər.

Bundan əvvəl Hollandiyada hakim koalisiyadan olan sağçı Azadlıq Partiyasının rəhbəri Geert Vilders Almaniya, Fransa və İspaniya liderlərinin dövrünün keçdiyini, köhnə rejimlərin yaxın gələcəkdə dağılacağını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə