Yer kürəsində maqnit qasırğası başladı

Bu gün səhər Yer kürəsində aşağı intensivlikli maqnit qasırğası başlayıb. SİA xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.

Onun sözlərinə görə, çərşənbə axşamı axşamdan geomaqnit sahəsi bir qədər pozulmuş vəziyyətdə idi: "Bu səhər, Bakı vaxtı ilə səhər saat 8:58-də Yerin maqnitosferindəki pozğunluq səviyyəsini əks etdirən Kp indeksi beş vahidə çatdı ki, bu da zəif G1 maqnit qasırğasının başlanğıcını göstərir".

Sinoptikin sözlərinə görə, qasırğa güclənməyəcək və zəif olaraq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə