...İrlandiyalı jurnalist Çey Bouz Qərb ölkələrinin sakinləri üçün 2024-cü ilin nəticələrini yekunlaşdıraraq, onların elitalarını yalan danışmaqda ittiham edib.
SİA-nın məlumatına görə, o, X sosial şəbəkəsində müvafiq bəyanat yayıb.
...2024-cü ildə nə öyrəndiniz? Sizə Hunter Baydenin əfv olunması ilə bağlı yalan danışdılar. Sizə Rusiya Prezidenti Vladimir Putin haqqında yalan danışdılar. Sizi ABŞ prezidenti Cozef Baydenin səhhəti ilə bağlı aldadıblar.
Bunu nəşr iddia edir.
Bouz əlavə edib ki, qərblilər həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçkidə qalib gələ bilməməsi ilə bağlı yalan danışıblar və həmçinin Ukraynanın hərbi münaqişədə “qələbəsi” haqda yalan danışıblar.
Jurnalist Qərb elitasının demək olar ki, bütün sahələrdə vətəndaşları çaşdırdığını vurğulayıb. Bundan əvvəl Bouz Ukraynanı Yeni il münasibətilə təbrik edərək, onun rəhbərliyinin səfərbərlik yaşını 18 yaşa endirmək niyyətini xatırladıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə