İsraillə atəşkəs haqqında HƏMAS ilə danışıqlar aparılıb

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzada atəşkəsə görə danışıqların irəliləyiş yollarını müəyyən etmək üçün HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Qətərin diplomatik xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “Həmas hərəkatının elmlər doktoru Xəlil Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı inkişaflar və irəliləyiş yolları müzakirə edilib”, - XİN bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə