Xarici İşlər Nazirliyi ruslara Abxaziyaya getməməyi tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Abxaziyaya səfərdən çəkinməyi tövsiyə etməyə məcburdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası “daxili siyasi ziddiyyətlərin yenidən kəskinləşdiyi Abxaziyadakı hadisələri narahatlıqla izləyir”.

...Müxalifət qüvvələri ölkənin qanuni hakimiyyət orqanları ilə fikir ayrılıqlarının sivil, qarşılıqlı hörmət əsasında dialoq yolu ilə həllini mümkün saymayıb və hüquqi çərçivədən kənara çıxıb, münaqişənin genişlənməsinə səbəb olub. Nəticədə respublikada böhranlı vəziyyət yaranıb və bu, nəticəsindən asılı olmayaraq, Abxaziyanın inkişafını ləngidir”, - deyən Zaxarova bu cür hadisələrin “xarici sərmayənin cəlb edilməsinə töhfə vermədiyini, bunun da mühüm əhəmiyyət kəsb etdiyini” qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya Federasiyası Abxaziyada daxili proseslərə qarışmır, lakin “yaranan vəziyyətin müstəsna olaraq sülh yolu ilə siyasi yolla həll ediləcəyini” gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə